Menu

Banderanın doğum günü Ukraynada rəsmi bayram elan edildi

20.12.2018, 10:44
Banderanın doğum günü Ukraynada rəsmi bayram elan edildi

«AzPolitika.info»-nun Ukrayna KİV-nə istinadla verdiyi xəbərə görə, Ukrayna Millətçiləri Təşkilatının lideri Stepan Banderanın doğum günü bu ölkədə hər il rəsmi bayram kimi qeyd olunacaq. Uyğun qərar bu ərəfədə Ali Rada tərəfindən qəbul olunub. Bu barədə parlamentin saytında xəbər verilir.

Tarixi günlərin bayram edilməsi barədə parlamentin qəbul etdiyi qərarda Bandera «görkəmli xadim və nəzəriyyəçi» adlandırılıb. Ukraynada doğum günü rəsmi-təntənəli tarix kimi tanınmş görkəmli şəxsiyyətlər siyahısında Ukrayna üsyançı ordusunun (UÜO) daha bir neçə görkəmli xadiminin və Simon Petlyuranın adı da gedir. Sonuncu vətəndaş müharibsi illərində Ukraynada fəaliyyət göstərmiş millətçi hərəkatın lideri olub və bolşeviklərə qarşı döyüşüb.

Sözügedən qəranın lehinə 233 (minimum hədd 226 səsdir) deputat səs verib.

Məlumat üçün bildirək ki, Ukraynanın Lvov vilayətində 2019-cu il rəsmi olaraq Stepan Bandera ili elan olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol