Menu

Şagirdi döyən məktəb direktoru vəzifəsinin icrasından kənarlaşdırılıb

20.12.2018, 12:14
Şagirdi döyən məktəb direktoru vəzifəsinin icrasından kənarlaşdırılıb

Cəlilabad Rayon Təhsil Şöbəsi rayonun Göytəpə şəhər 3 saylı ümumi orta məktəbin direktoru Mübariz Cəfərovun Muğan kənd tam orta məktəbinin 9-cu sinif şagirdini döyməsi ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntüyə münasibət bildirib.

Təhsil şöbəsindən bildirilib ki, həmin məktəbin direktor əvəzi Mübariz Cəfərov araşdırma aparılan müddətdə vəzifəsinin icrasından kənarlaşdırılıb: "Yoxlamanın nəticəsindən asılı olaraq müvafiq qərar qəbul olunacaq və ictimaiyyətə məlumat veriləcək".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol