«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Almaniya İkinci dünya müharibəsindən sonra ölkədən Rusiyaya daşınmış qiymətli mədəniyyət nümunələrinin geri qaytarılmasını tələb edir. Bu barədə Almaniyanın Moskvadakı səfirliyi bəyan edib.
Diplomatik nümayəndəlik müharibə aparılması barədə 1907-ci il tarixli Haaqa qaydalarına istinad edir və təsdiqləyir ki, mədəniyyət obyektləri hərbi itkilərin əvəzində kompensasiya sayıla bilməz.
Almaniya qaytarmağa ümid etdiyi obyektlər arasında ən məşhuru arxeoloq Henrix Şlimanın tapıntıları və Eversald xəzinəsi sayılır. Bunlardan başqa, tələb olunanlar arasında eramızdan əvvəl 9-cu əsrə aid minlərlə qızıl predmetlər və bəzək əşyaları da var.
Bu zaman, Rusiyada1998-ci ildən başlayaraq «İkinci dünya müharibəsinin nəticələrinə görə, Rusiya Federasiyasında qiymətli əşyaların hərəkəti barədə» qanun fəaliyyət göstərir. Bu qanuna əsasən, belə incəsənət predmetlərinin böyük əksəriyəti Rusiyanın mədəni irsi sayılır, digər ölkəyə daşına və ya verilə bilməz.


Şərhlər