Menu

«Meksika ABŞ-la hərbi əməkdaşlıq etmək istəmir» - Prezident

20.12.2018, 14:48
«Meksika ABŞ-la hərbi əməkdaşlıq etmək istəmir» - Prezident

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Meksikanın Prezidenti Andres Manuel Lopes Obrador bəyan edib ki, ölkəsi Amerika Birləşmiş Ştatları (ABŞ) ilə hərbi əməkdaşlıq istəmir. Bu barədə «Sin Embargo» portalı yazıb.

Obradorun bəyanatına əsasən, ölkə hakimiyyəti «Merida planı» adlı antinarkotik strategiyanı qəbul etmək istəmir. Onun sözlərinə görə, bu strategiya «inkişaf naminə əməkdaşlıq» yox, hərbi əməkdaşlıq sayılır.

«Merida planı» narkokartellərlə və terrorçuluqla mübarizədə ABŞ-n Meksikaya, Mərkəzi Amerika ölkələrinə, Haiti və Dominikan respublikasına maliyyə və texniki yardımını nəzərdə tutur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol