Menu

Hesablama Palatası daha iki dövlət qurumunun büdcə vəsaitlərindən istifadəsini yoxlayıb

21.12.2018, 18:20
Hesablama Palatası daha iki dövlət qurumunun büdcə vəsaitlərindən istifadəsini yoxlayıb

Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib.

"Report"un Palataya istinadən verdiyi xəbərə görə, iclasda Ağcabədi Regional Mədəniyyət İdarəsinə ayrılan büdcə vəsaitlərinin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasına dair, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından Balakən Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə dair həyata keçirilmiş nəzarət tədbirləri üzrə hesabatlar da müzakirə olunub. Daha sonra kollegiya iclasında hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiqlənib. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və nəzarət tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb.

İclasda, aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, müvafiq qərarlar qəbul edilib, həmçinin Hesablama Palatasının İş planında nəzərdə tutulmuş nəzarət tədbirləri ilə bağlı proqramlar təsdiq olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol