«AzPolitika.info» xarici KİV-ə istinadla xəbər verir ki, Vaşinqton Amerikanın özəl və dini təşkilatları tərəfindən Koreya Xalq Demokratik Respublikasına humanitar yardım göstərilməsi itiqamətindəki siyasətinə yenidən baxa bilər.
Qarşıdan gələn ilin əvvəlində Amerika Birləşmiş Ştatlarının (ABŞ) Şimali Koreya işləri üzrə xüsusi nümayəndəsi Stiven Bigen humanitar köməyin çatdırılmasının təşkilini yaxşılaşdırmaq məqsədilə xeyriyyəçi təkilatların nümayəndələri ilə danışıqlara başlayacaq. Bu barədə Bigen Seulda jurnalistlərə danışıb.
Bundan başqa, onun sözlərinə görə, ABŞ «humanitar yardımın çatdırılmasının asanlaşdırılması və beynəlxalq sandartlara uyğun gələn monitorinqin təşkili» məqsədilə öz vətəndaşlarının Şimali Koreyaya səfər etmələri məsələsinə də baxacaq.
Stiven Bigen Seula Cənubi Koreyanın Koreya yrımadasında sülh məsələləri üzrə xüsusi nümayəndəsi Li Do Hunla danışıqlar aparmağa gəlib. Bu, KXDR üzrə birgə işçi qrupun rəhbərlərinin ikinci şəxsi görüşü olacaq.
Bundan başqa, diplomatik mənbələrin məlumatına görə, Bigen silahsızlaşdırılmış zonaya də gedəcək və Koreyaların sərhədi yaxınlığındakı «barışıq kəndi»nə (Pxanmundc) baxacaq.
ABŞ xüsusi nümayəndəsi ilə Şimali Koreya məmurları arasında görüş planları barədə xəbər verilmir.


Şərhlər