Menu

Rusiyada mədəndə yanğın - 9 nəfərin həlak olduğu ehtimal edilir

23.12.2018, 00:45
Rusiyada mədəndə yanğın - 9 nəfərin həlak olduğu ehtimal edilir

Rusiyanın Perm vilayətinin Solikamsk şəhərində mədəndə baş vermiş yanğın nəticəsində 9 nəfərin həlak olduğu ehtimal edilir.

AZƏRTAC xəbər verir ki, Perm vilayəti Təhqiqat Komitəsi mətbuat xidmətinin məlumatına görə, mədəndə çalışan 17 nəfərdən 8-i xilas edilib, qalan 9 nəfərlə əlaqə yoxdur. Onların həlak olduğu ehtimal edilir.

Faktla bağlı cinayət işi açılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol