Zaqatalada 33 yaşlı kişi kəsdiyi ağacın altında qalaraq ölüb. “Report” xəbər verir ki, hadisə Danaçı kəndi ərazisində qeydə alınıb.
Kənd sakini, 1985-ci il təvəllüdlü Murad Əhməd oğlu Mehdiyev pay torpağındakı ağacı kəsərkən ehtiyatsızlıqdan ağac onun üstünə düşüb. M.Mehdiyev aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.


Şərhlər