Menu

"Nissan" avtomobil konserni rəhbərinin həbs müddəti uzadılıb

23.12.2018, 12:27
"Nissan" avtomobil konserni rəhbərinin həbs müddəti uzadılıb

Tokio dairə məhkəməsi "Nissan" avtomobil konserninin rəhbəri Karlos Qonun həbs müddətini uzadıb.

"Report" NHK telekanalına istinadla xəbər verir ki, o, 1 yanvar 2019-cu il tarixinə qədər həbsdə qalacaq.

Karlos Qon noyabrın 19-da maliyyə fırıldaqçılığı və gəlirlərin gizlədilməsində şübhəli bilinərək həbs edilib. Müqəssir ona ünvanlanan ittihamları rədd edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol