Menu

Miqrasiya orqanlarına qulluğa qəbul imtаhаnının nəticələri açıqlanıb

23.12.2018, 16:41
Miqrasiya orqanlarına qulluğa qəbul imtаhаnının nəticələri açıqlanıb

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün Azərbaycan Respublikasının miqrasiya orqanlarına qulluğa qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirib.

DİM-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, imtahanda iştirak etmək üçün 394 nəfərin namizədliyi qeydə alınsa da, onlardan 324 nəfər imtahana qatılıb.

İmtahanın nəticələri saat 16:05-dən etibarən DİM-in internet saytında yerləşdirilib.

Test imtahanının nəticələrinə əsasən, 117 nəfər müsabiqə şərtini ödəyərək (70 və daha artıq bal toplayaraq) müsabiqənin növbəti mərhələsində iştirak etmək hüququ qazanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol