Menu

Gürcüstan Müsəlmanları İdarəsinə sədr seçkisi keçirilib

24.12.2018, 13:52
Gürcüstan Müsəlmanları İdarəsinə sədr seçkisi keçirilib

Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) Ali Dini Şurasının toplantısı keçirilib.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, toplantıda GMİ-nin hazırkı sədri Şeyx Hacı Ramin İgidov 16 səslə növbəti 5 il müddətinə qurumun sədri seçilib.

İdarənin rəhbəri vəzifəsinə R.İgidovla yanaşı Rahid Kərimov və Namiq Hüseynov da namizəd olublar.

Səsvermədə idarənin Ali Dini Çurasının 21 üzvündən 17-si iştirak edib.

Qeyd edək ki, GMİ 2011-ci ildə yaradılıb. R.İgidov 2013-cü ildən idarənin sədri vəzifəsini yerinə yetirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol