Menu

Tramp Ərdoğanla görüşə hazırdır - Ağ Ev

25.12.2018, 08:41
Tramp Ərdoğanla görüşə hazırdır - Ağ Ev

ABŞ prezidenti Donald Tramp Türkiyənin dövlət başçısı Rəcəb Tayyip Ərdoğanla görüşə hazırdır, ancaq hazırda konkret olaraq hər hansı tədbirin keçirilməsi planlaşdırılmır.

"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda Ağ Evin mətbuat katibinin müavini Hoqan Qidli jurnalistlərə bildirib.

"Hərçənd biz indi konkret heç nə planlaşdırmırıq, prezident gələcəkdə mümkün görüşə açıqdır", - deyə o qeyd edib.

Daha əvvəl Ankarada keçirdiyi mətbuat konfransında Türkiyə Prezidenti Administrasiyasının sözçüsü İbrahim Kalın deyib ki, prezident Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampla son telefon danışığı zamanı ABŞ rəhbərini Türkiyəyə səfərə dəvət edib.

O, ABŞ prezidentinin 2019-cu ildə Türkiyəyə səfər edə biləcəyini də diqqətə çatdırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol