Menu

Tehranda avtobus qəzaya uğrayıb - 8 nəfər ölüb, 28-i yaralanıb

25.12.2018, 19:58
Tehranda avtobus qəzaya uğrayıb - 8 nəfər ölüb, 28-i yaralanıb

İranın paytaxtı Tehran şəhərində içərisində Azad Elmi-Tədqiqat Universitetinin tələbləri olan avtobusun qəzaya düşməsi nəticəsində 8 tələbə ölüb, 28-i yaralanıb.

“Report” “Mehr” agentliyinə istinadla xəbər verir ki, bunu ali təhsil müəssisəsinin elmi-tədqiqat bölməsinin rəhbəri Reza Məsudi deyib.

Onun sözlərinə görə, yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol