Menu

Asiya bazarları çökdü

26.12.2018, 00:25
Asiya bazarları çökdü

ABŞ prezidenti Donald Trampın Mərkəzi Bank (FED) ilə yaşadığı fikir ayrılığı və ABŞ-da hökumətin bağlanması Asiya bazarlarına kəskin təsir edib.

Sputnik Azərbaycan bildirir ki, Yaponiyanın birja indeksi "Nikkey" təxminən 5 faiz aşağı düşüb. Bu, 2017-ci ilin aprel ayından bəri ən kəskin azalmadır. Banqkok, Tayvan birjaları da günü itki ilə bağlayıb. Çində də "Şanxay" birjası 2 faizdən çox ucuzlaşıb.

İnvestorların Donald Trampın FED ilə yaşadığı fikir ayrılığından və hökumətin bağlanmasından narahat olduqları bildirilir.

ABŞ-da da birjalarda Milad öncəsi aşağı göstəricilər qeydə alınıb.

Bu gün Asiya, Avropa və Şimali Amerikada əksər maliyyə bazarları Milad bayramı ilə əlaqədar bağlıdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol