Rusiyanın Avropa Birliyi və ABŞ-dan məhsul idxalını məhdudlaşdırmasından sonra türk firmalarına tələbat böyüyüb.
Axar.az xəbər verir ki, Türkiyə İxracatçılar Məclisinin sədri Məhmət Büyükəkşi bununla bağlı yaxın günlərdə Rusiyadan Türkiyəyə nümayəndə heyətinin gələcəyini bildirib.
Böyükəkşi Rusiyanın təlabatının Türkiyə vasitəsilə ödənilməsi üçün ixracatçı birlikləri, İqtisadiyyat və Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə çalışdıqlarını deyib:
“Rusiyaya qida ixracatı ilə bağlı lazımi icazə və prosedurların asanlaşdırılması mövzusunda işlər görməyi planlaşdırırıq. Rusiyaya quş əti və balıq ixracında ciddi artım gözlənilir, meyvə-tərəvəz sektorunda da əlavə tələbatı ödmək imkanımız var".


Şərhlər