Menu

İraq Suriyaya hərbçi göndərmək xəyalına düşüb - Baş nazir bildirib

26.12.2018, 09:34
İraq Suriyaya hərbçi göndərmək xəyalına düşüb  - Baş nazir bildirib

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, İraqın Baş naziri Adil Əbdül-Mehdi bildirib ki, Amerika Birləşmiş Ştatları (ABŞ) öz hərbçilərini Suriyadan çıxartmaq qərarına gəldikdən sonra, ölkəsi öz hərbçilərini ora göndərə bilər.

Onun sözlərinə görə, belə addımın məqsədi İraqı qonşu ölkələrdən qaynaqlanan təhlükələrdən qorumaqdan ibarətdir. «Bunun üçün bütün variantlar nəzərdən keçirilir» - deyə, «Associated Press» Baş nazirdən sitat gətirir.

Xatırladaq ki, dekabrın 19-da ABŞ Prezidenti Donald Tramp Suriyada terrorçu «İslam dövləti» qruplaşması üzərində qləbə çalındığını elan edib və 2 min ABŞ əsgərinin bu ölkədən çıxarılması barədə qərar qəbul edib. Ehtimal olunur ki, bu prosesi 100 gün ərzində başa çatdırmaq mümkün olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol