“Bakı Dövlət Universiteti ənənəvi olaraq Azərbaycanda ali təhsilin hansı səviyyədə olmasının barometri saylır. Ölkənin tələbə sayına və tarixinə görə ən əzəmətli universiteti sayılan BDU haqqında rəylər bizləri də yaxından maraqlandırır, çünki bu gün az-çox qazandığımız bilgilərə, həyat təcrübəsinə görə onun müəllimlərinə və təhsil mühitinə borcluyuq”.
“AzPolitika.info”nun məlumatına görə, bunları millər vəkili Fazil Mustafa BDU rəhbərliyində baş vermiş dəyişikliyin dəyərləndirildiyi “Facebook” statusunda yazıb.
“Etiraf edim ki, son illərdə hər dəfə bu universitetin binasına rəsmi tədbirlərdə iştirak etmək üçün daxil olanda özümü hansısa inzibati orqanın aurası içində hiss etdiyimdən burada sağlam təhsil mühitinin yaranmasını çox arzulayırdım”, - deyə, deputat Abel Məhərrəmovun dövrünü tənqid edib.

F.Mustafanın fikrincə, hazırda Bakı Dövlət Universitetində auranın dəyişdirilməsi üçün şans yaranıb. Deputat yazır: “Vaxtilə Milli Təhlükəsizlik Nazirliyinin durumunu xatırlayanda görürsən ki, hansısa bir kadr dəyişikliyi bir qurumun korlanmış imicini qısa müddətdə necə dəyişə bilir. Bir neçə il öncə insanlar üçün işgəncə aparatına çevrilmiş, sahibkarlardan şantaj və quldurluq yolu ilə pul soyan mexanizm sayılan Milli Təhlükəsizlik Nazirliyi Mədət Quliyevin təyinatından sonra sırf dövlətin təhlükəsizliyi ilə məşğul olan quruma çevrildi, rüşvət və soyğunçuluq tamamilə ortadan qaldırıldı və bu qurumun itirilmiş nüfuzu bərpa olundu. Yəni niyyət olanda bir şeyləri köklü şəkildə dəyişmək mümkün olur. İndi də BDU rektoru vəzifəsinin icrasına təhsil nazirinin müavini Firudun Qurbanovun təyin olunması ilə belə bir mütərəqqi dəyişimin baş verməsini gözləmək olar”.
“Korrupsiyada adı hallanmayan, təhsil sistemində ciddi təcrübəyə malik olan Firudin Qurbanovun burada sağlam təhsil mühiti, elmi araşdırmalara təşviq sistemi yaratmaq potensialına güvənirəm və ümid edirəm ki, yaxın gələcəkdə daha fərqli bir Universitet imici ilə qarşılaşacağıq. Bakı Dövlət Universitetində baş verəcək müsbət dəyişikliklər ali təhsil sistemimizdə sağlam islahatlar üçün ciddi bir stimul ola bilər”, - deputat fikrini tamamlayıb.
V.Nəsibov

Şərhlər
Hörmətli Fazil bəy!! K/t nazrliyindən H.Əsədov, Əmək və sosial naz. S.Müslümov və s və i. gediblər rüşvət qurtarıb???? Böyüxlar çoxdan ərz ediblər ki, hər şey vahid pəncərə sisteminə keçmişdir. Yəni nöyüt pulu vahid pəncərəyə gəlir və vahid poəncərə ilə də dağıdılır.
BDU və уa digər rəhbərin sərişтəsinə, insaflı idarəsinə kənar aləm deуil, ilk novbədə onun işçiləri və тələbələri güvənməlidirlər!
AVAZUN YAXÇUDUR, OXUDUĞUN QURAN YA DA Kİ, HEÇ OLMASA MUĞAM OLSA!
marağlıdı Fazil müəllim o zaman BDU ya tedbirlere gelende bu fikirleri niye səsləndirmiyib ?
Hormetli Firudin Qurbanov neinki Baki Dovlet Universitetinin rektoru hemchinin en yuksek POSTA layiq shexsiyyetdir Rehmetlik atasi Umummilli liderin kadridir H. Aliyev kadr meselesinde hech zaman sehv etmeyib, etrafi rushvetden uzaq olub Hormetli Firudin muallime ugurlar dileyirem
F.Mustafayev həqiqətəmeyilli Deputatdır. Həqiqətən də Azərbaycanda kadr dəyişikliklərində nisbətən uğurlu kadr dəyişkənliyi danılmazdır.Ancaq ``qoca Qvardiya `` qaldıqca yaltaqlığını yeni ``gəncləri`` də meydana çıxacaq
Moskva Kooperativ İnstitutunun Bakı filialı.80-cı illərin ruşvətdə bogulan ali məktəblərinə liderlik edən bir institut.Ruşvətxorluqda bir-birilə yarışan muəllim heyyəti.Və bu çirkab bataqlıgında təcrubə toplayan kollektiv...
Müqayiseye bax e