Menu

“Brent” markalı neftin qiyməti bahalaşıb

26.12.2018, 20:53
“Brent” markalı neftin qiyməti bahalaşıb

“Brent” markalı neftin qiyməti bahalaşıb.

“Report” “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu hərracların nəticələri göstərir.

Belə ki, "Brent" markalı Şimal dəniz neft qatışığının mart fyuçerslərinin qiyməti 3,01 faiz artaraq bir barel üçün 52,3 ABŞ dolları təşkil edib.

WTI markalı yüngül neftin fevral fyuçerslərinin qiyməti isə bir barelə görə 4,26 faiz bahalaşaraq 44,34 dollara çatıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol