Menu

Türkiyə Silahlı Qüvvələrinin qərargahına kiber hücumun qarşısı alınıb

26.12.2018, 21:35
Türkiyə Silahlı Qüvvələrinin qərargahına kiber hücumun qarşısı alınıb

Türkiyə mütəxəssisləri Silahlı Qüvvələr qərargahlarının birinə kiber hücum cəhdinin qarşısını alıblar.

“Report” yerli mətbuata istinadla xəbər verir ki, bunu Türkiyə Elmi və Texnoloji Tədqiqatlar Komitəsi və Türkiyə Elmlər Akademiyasının illik mükafatlarının təqdimetmə mərasimində ölkə prezidenti Rəcəb Tayib Ərdoğan deyib.

"Sərhədlərimizin qorunmasına göstərdiyimiz diqqəti ölkəmizin istehsal etdiyi məlumatlar məsələsində də göstərməliyik. Hazırladığımız “Ahtapot” proqramı bir qüvvə komandanlığı qərargahına kiber hücum cəhdini uğurla əngəllədi və qarşıdakı bir NATO təliminə daxil edilib”, – deyə o bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol