Menu

“Başak İnam” Sığorta Şirkətinin könüllü ləğv edilməsinə başlanılıb

27.12.2018, 12:49
“Başak İnam” Sığorta Şirkətinin könüllü ləğv edilməsinə başlanılıb

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin avqustun 20-də qəbul etdiyi qərarla “Başak İnam” Sığorta Şirkəti ASC məcburi ləğvetmədən könüllü ləğvetməyə keçib.

“Report” xəbər verir ki, buna səbəb sığortaçının maliyyə vəziyyətinin öhdəliklərini yerinə yetirməyə imkan verməsidir.

Beləliklə, noyabrın 12-dən “Başak İnam”ın könüllü ləğv edilməsinə başlanılıb. Bununla da, Maliyyə Bazarlarına Nəzarət Palatasının təyin etdiyi müvəqqəti inzibatı sığorta şirkətində işini yekunlaşdırıb və işləri səhmdarlara təhvil verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol