Menu

"İnter" azarkeşlərin irqçi ifadələrinə görə cəzalandırılıb

27.12.2018, 20:42
"İnter" azarkeşlərin irqçi ifadələrinə görə cəzalandırılıb

İtaliya Futbol Federasiyası "İnter" klubunu cəzalandırıb.

"Report" AFP-yə istinadla xəbər verir ki, komanda növbəti iki ev oyununu boş tribunalar önündə oynayacaq.

Buna klub azarkeşlərinin A Seriyasının XVIII turunda evdə "Napoli" ilə matçdakı davranışları səbəb olub. Oyun zamanı meydan sahiblərinin fanatları rəqibin futbolçusu Kalidu Kulibaliyə qarşı irqçi ifadələr işlədiblər.

Qeyd edək ki, görüş "İnter"in 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyundan əvvəl baş verən iğtişaşlarda 4 azarkeş bıçaqlanıb, biri isə dünyasını dəyişib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol