Müğənni Lolita etipaf edib ki, Krım onun üçün Ukrayna olaraq qalır. Rusiyalı müğənni bu barədə «Kryuçok.TV» kanalına verdiyi müsahibədə bildirib.
Təxminən 2 il bundan əvvəl Krıma səfər etməsi səbəbilə, müğənninin Ukraynaya girişinə qadağa qoyulub. Onu Konotopda qatardan düşürüblər. O zaman müğənni xəstələnmiş qızına baş çəkmək üçün Kiyevə gedirmiş.
«Mən, mahiyyət etibarilə pasifistəm. Yəni ki, mənim üçün kiminsə xeyrinə heç bir siyasi oyunlar mövcud deyil. Mən, Rusiya vətəndaşıyam. Mən, öz pasportumla o əraziyə getmişdim ki, indi Rusiya özününkü hesab edir. Mənim üçün Krım - əvvəlki kimi, Ukraynadır. Qəlbimdə. Mən hər dəfə Krıma gələrkən, Ukrayna dilində oxuyuram» - deyə, Lolita bəyan edib.
Müğənni qeyd edib ki, Rusiya-Ukrayna münaqişəsinə görə, estrada artistləri iki düşərgəyə bölünüblər. Məsələn, Ani Lorak və Svetlana Loboda daha çox Rusiya auditoriyasına oriyentasiya olunublar, Svyatoslav Vakarçuk və Tina Karol isə «yaşamaq və qazanmaq» üçün Ukraynanı seçiblər.
Müğənni özü isə bəyan edib ki, tamaşaçıları ukraynalı və rusiyalı kateqoriyalarına bölmür.
«Mən, hamı üçün oxuyurm!» - Lolita bəyan edib.


Şərhlər