Menu

Ayını güllələyən qubernatorun başı dərddə - VİDEO

28.12.2018, 21:31
Ayını güllələyən qubernatorun başı dərddə - VİDEO

"AzPolitika" Rusiya mətbuatına istinadla xəbər verir ki, son günlər şimal qonşumuzda sosial şəbəkə iştirakçılarının ən çox tənqid etdiyi fiqur İrkutsk Vilayətinin qubernatoru olub. Belə ki, qubernator Serqey Levçenkonun ov zamanı öz mağarasında yatmış ayını güllələməsi və buna görə cəzalandırılmaması böyük ictimai qınağa səbəb olub.

Hələ sentyabr ayında çəkilərək, "Youtube"-a yerləşdirilən videodan aydın olur ki, qubernatorun öz yuvasında yatmış vəziyyətdə olan və heç bir təhlükə törətməyən ayını güllələyərək, öldürür. Həmin vaxt müxtəlif qeyri-hökumət təşkilatları və sıravi vətəndaşlar qubernatorun bu "qəhrəmanlığını" sərt şəkildə tənqid etmişdilər. İnsanlar S.Levçenkonun bu hərəkətini məmur özbaşınalığının və cəzasızlığının növbəti nümunəsi kimi qiymətləndiriblər. Mətbuatda da ciddi qınağa səbəb olan bu hadisədən sonra Rusiya İstintaq Komitəsinin məsələni araşdıracağı bildirilirdi.

Lakin bu günlərdə məlum olub ki, qubernator sözügedən hadisəyə görə cəzalandırılmayacaq. S.Levçenko özü açıqlama verərək bildirib ki, İstintaq Komitəsinin araşdırması nəticəsində ovun qanuni olduğu və hər hansı hüquq pozuntusuna yol verilmədiyi məlum olub. Ona görə də, heç kəs onu qınaya bilməz.

Ancaq sosial şəbəkə istifadəçilərini bu açıqlama təbii ki, qane etməyib və qubernatorun ünvanına tənqid və təhqirlərin arası kəsilmir. Bir sıra QHT-lər isə bu məsələ ilə bağlı yenidən hüquq-mühafizə orqanlarına müraciət edəcəklərini və S.Levçenkonun cəzalandırılmasına nail olacaqlarını bildiriblər.

Cəlal

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol