Menu

Fransada prezidenti "edam" edən 3 nəfər həbs olunub

29.12.2018, 09:28
Fransada prezidenti "edam" edən 3 nəfər həbs olunub

Fransanın cənub-qərbində ölkə prezidenti Emmanuel Makronun edamını imitasiya etməkdə şübhəli bilinən 3 nəfər həbs olunub.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Sud-Ouest" qəzeti yazıb.

Nəşrin məlumatına görə, iki kişi və bir qadın Fransa prezidentinə bənzəyən kukla ilə Makronun edamını yamsılamaları ilə əlaqədar olaraq Anqulem şəhər polisinə çağırılıblar. Onların hər üçü dərhal həbs olunub.

Hadisə ötən həftə baş verib. Anqulemdə nümayişçilər Fransa prezidentinə bənzəyən kuklanın başını kəsərək yandırıblar.

Yerli prokurorluq faktla bağlı araşdırmaya başlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol