Menu

“Türkiyəyə səfərimi səbirsizliklə gözləyirəm” - Trampın müşaviri

29.12.2018, 10:55
“Türkiyəyə səfərimi səbirsizliklə gözləyirəm” - Trampın müşaviri

“Yanvarda İsrail və Türkiyəyə səfərimi səbirsizliklə gözləyirəm”.

“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton deyib.

“Səfər zamanı İŞİD-ə qarşı mübarizədən sonra atılacaq addımları və bölgədəki müttəfiqlərlə ortaqların qarşılaşdıqları təhlükəsizlik problemlərini müzakirə edəcəyik”, - o vurğulayıb.

Qeyd edək ki, ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Türkiyəyə 2019-cu il yanvarın ilk günlərində səfər edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol