Menu

Bakıda Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşı itkin düşüb - FOTO

29.12.2018, 15:44
Bakıda Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşı itkin düşüb - FOTO

Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşı, 1962-ci il təvəllüdlü Salim Səid Salim dekabrın 27-də Səbail rayonu, Fəvvarələr meydanında itkin düşüb.

Bu barədə “Report”a DİN-in mətbuat xidmətindən bildirilib.

Sonuncu dəfə əynində göy cins şalvar, qara qış gödəkçəsi və qəhvəyi rəngli papaq olub.

Şəkildə gördüyünüz bu şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Səbail Rayon Polis İdarəsinə, 9-cu Polis Bölməsinə (012) 437-02-02, (012) 492-02-02, (050) 776-77-44 şəhər və mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Şərhlər

ayzek 2018-12-29 15:44:05

bu yetim də viaqranın peredozirovkasından hansısa oteldə qalıb

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol