Menu

Göygöldə gənc oğlan bıçaqlanıb

29.12.2018, 22:03
Göygöldə gənc oğlan bıçaqlanıb

Göygöl şəhərində bıçaqlanma hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, 1992-ci il təvəllüdlü Elçin İlham oğlu Abbasov naməlum şəraitdə bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilərək əməliyyat olunub. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hazırda hadisənin kim tərəfindən və hansı səbəbdən törədildiyi araşdırılır.

Daha əvvəl Mingəçevir şəhərində bıçaqlanma hadisəsi baş verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol