«AzPolitika.info» xarici KİV-ə istinadla xəbər verir ki, Almaniya və Danimarkanı Femarn-Bel boğazının altından keçməklə, Danimarkanın Lollann adasından Almaniyanın Baltik dənizindəki Femann adasınadək uzanacaq 18 kilometrlik tunellə birləşdirəcəklər.
52,2 milyard Danimarka kronu (8,0 milard dollar) məbləğində saziş Almaniya hakimiyyəti ilə Danimarkanın «FemernA/S.» şirkəti arasında bağlanıb.
Sazişin imalanmasına icazəni Şlezvinq-Qolşteyn federal torpağının Nəqliyyat Nazirliyi verib. İki həftə ərzində şirkət, imzalanmazdan əvvəl sənədə öz düzəlişlərini edə bilər.
Gözlənildiyi kimi, tikinti 8,5 il vaxt tələb edəcək. Ondan sonra Danimarkadan Amaniyaya səfər avtomobillə cəmi 10 dəqiqə, qatarla isə 7 dəqiqət vaxt aparacaq.
Tunelin daxilində 4-zolaqlı avtomobil və iki dəmir yolu fəaliyyət göstərəcək.


Şərhlər
Biz Bakıdan Şamaxıya hələ də rahat yol çəkə bilmirik.Dolamalardan,dərələrdən asan keçmək üçün adi körpü belə quraşdırılmır.