«AzPolitika.info»-nun Türkiyə KİV-nə istinadla verdiyi xəbərə görə, Ankara Suriyada yeni hərbi əməliyyata başlamaq üçün hazırlıq işlərini davam etdirir. Bu əmliyyatın detalları əvvəlcə Amerika Birləşmiş Ştatları (ABŞ) ilə razılaşdırılıb.
«Xəbərtürk» telekanalının məlumatına görə, Hatay əyalətindən Suriya sərhədinə 50-yə yaxın tank, zirehli texnika və artilleriya qurğuları «tullanıb».
Qeyd olunur ki, sözügedən texnika Şanlıurfada yerləşmiş 20-ci zirehli texnika briqadası komandanlığının sərəncamında olacaq.


Şərhlər