«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) öz ordusunu Suriyadan çıxartdıqdan sonra, əlində olan silahları «müttəfiq» hesab etdiyi kürd qruplarına təhvil vermək məsələsinə baxır. Guya, bu silahlar «İslam dövləti» qruplaşmasının qalıqlarına qarşı mübarizədə kürdlərə lazım olacaq. Bu barədə «Röyter» agentliyi xəbər verib.
Qeyd olunur ki, Pentaqon zirehli texnikanı, minamyotları və tank əleyhinə raket komplekslərini kürdlərə təhvil verməyi Ağ Evə təklif edir.
Qoşunların çıxarılmasına cavabdeh olan komandanlıq öz planını ABŞ Prezidenti Donald Trampa təqdim edəcək. Prezident isə yekun qərar qəbul edəcək.
Bununla bərabər, Pentaqonun rəsmi nüayəndəsi hələlik Suriyadakı ABŞ silahlarının yeri və yerdəyişməsi barədə informasiyanı şərh etməkdən çəkinib.
Bu da olur, Trampın «beli kimə verdin» oyunu - Mənbicdən çıxıb, 100 kilometr aralıda (İranda) «lövbər salır» ki, baxıb görsün: Türklərlə kürdlər necə döyüşürlər? Bu məqamda Konfutsinin «3 şir» barədəki təmsili yada düşür...


Şərhlər