Menu

Əfqanıstanda 28 terrorçu məhv edilib

01.01.2019, 09:57
Əfqanıstanda 28 terrorçu məhv edilib

Əfqanıstanın Nanqarhar əyalətində Hərbi Hava Qüvvələrinin təyyarələri İŞİD terrorçularının mövqelərinə zərbələr endiriblər.

Trend-in məlumatına görə, bu barədə Əfqanıstanın Müdafiə Nazirliyinin "Twitter" səhifəsində bildirilir.

Bildirilir ki, hava zərbələri terrorçuların Açin rayonunun Şalhi kəndində yerləşən gizli sığınacağına endirilib.

Məlumata əsasən, məhv edilən terrorçular arasında İŞİD-in yüksək rütbəli 3 üzvü də olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol