Menu

NASA asteroidin ətrafına tədqiqat peyki çıxarıb

01.01.2019, 11:48
NASA asteroidin ətrafına tədqiqat peyki çıxarıb

NASA Bennu asteroidi ətrafına “OSİRİS-Rex (Origins Spectral İnterpretation Resource İdentification Security – Regolith Explorer) tədqiqat peyki çıxarıb. “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, asteroidin diametri 500 metrdir.

Bəzi hesablamalara görə, Bennu 2182-ci ildə Yer kürəsinə təhlükəli dərəcədə yaxınlaşacaq. Ona görə də 2016-cu ildə bu asteroidi tədqiq etmək məqsədilə adıçəkilən peyk fəzaya buraxılmışdı. İlkin mərhələdə asteroiddən orta hesabla 7 kilometr məsafədə 50 saat ərzində dövrə vuraraq cismin kütləsi və hərəkəti barədə məlumat toplayacaq peyk 2020-ci ilin ortalarında asteroidin üzərinə enərək torpaq nümunəsi götürəcək. Həmin nümunənin 2023-ci ilədək Yer kürəsinə çatdırılması nəzərdə tutulur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol