Menu

Şağanda avtomobil 64 yaşlı piyadanı vurub

02.01.2019, 11:30
Şağanda avtomobil 64 yaşlı piyadanı vurub

Bakının Xəzər rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Trend-in məlumatına görə, ötən gecə saat 23:30 radələrində Şağan qəsəbəsində avtomobil yaşlı kişini vurub. Hadisə nəticəsində xəsarət alan piyada 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan Trend-ə bildiriblər ki, xəsarət alan şəxs 1955-ci il təvəllüdlü Natiq Kamil oğlu Məmmədovdur.

Qeyd olunub ki, bədəninin müxtəlif nahiyələri əzilsə də, həyatı üçün heç bir təhlükə yoxdur və müayinədən sonra evə buraxılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol