Menu

Qurban Qurbanov dünya reytinqində geriləyib

02.01.2019, 12:18
Qurban Qurbanov dünya reytinqində geriləyib

“Qarabağ” futbol komandasının baş məşqçisi Qurban Qurbanov dünya reytinqində üç pillə geriləyib.

“Report” “Football World Rankings” saytına istinadən xəbər verir ki, 46 yaşlı mütəxəssis 2018-ci ilin yekun siyahısında 1073 xalla 458-ci sırada yer alıb.

Komandası Azərbaycan Premyer Liqasında çıxış edən daha bir mütəxəssis də “minlik”də qərarlaşıb. Bu, “Neftçi”yə rəhbərlik edən Roberto Bordindir. İtaliyalı məşqçi 123 xalla 961-ci pillədə qalıb.

Qeyd edək ki, siyahıya 14840 xalla İspaniyanın “Barselona” komandasının baş məşqçisi Ernesto Valverde başçılıq edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol