Menu

Moskva aeroportlarında 20-dən çox reys gecikib - 9-u ləğv olunub

02.01.2019, 13:53
Moskva aeroportlarında 20-dən çox reys gecikib - 9-u ləğv olunub

Moskvanın Vnukovo, Domodedovo və Şeremetyevo hava limanlarında 20-dən çox reys gecikib, 9 uçuş ləğv olunub.

Trend-in məlumatına görə, əlverişsiz hava şəraiti səbəbindən Vnukovoda 2, Domodedovoda 10 reys gecikib, 9-u ləğv olunub, Şeremetyevoda isə 9 reys gecikmə ilə həyata keçiriləcək.

Jukovski aeroportunda isə bütün reyslər cədvəl üzrə icra olunur.

Sinoptiklər 2019-cu ilin ilk həftəsi ərzində Moskvada qarlı hava şəraitinin davam edəcəyini bildirir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol