Menu

"Mənim "İnter"i almağa pulum yoxdur" - Ronaldo

02.01.2019, 23:04
"Mənim "İnter"i almağa pulum yoxdur" - Ronaldo

Bu yaxınlarda İspaniyanın "Valyadolid" klubunun sahibi və prezidenti olan Braziliya yığmasının sabiq futbolçusu Ronaldo Milanın "İnter" klubunu almaq barədə düşünmədiyini deyib.

“Report” xəbər verir ki, onun sözlərini "Sky Sport Italia" nəşri sitat gətirib:

"Çox işləyirsən, daha az qazanırsan. Hazırda mən çox məşğulam, lakin bu çağırış mənim xoşuma gəlir. "İnter"i almaq? Heç vaxt bu barədə düşünməmişəm. Bu komanda mənim qəlbimdədir, lakin mən həyatda heç nəyi istisna etmirəm. Eyni zamanda mənim "İnter"i almaq üçün pulum yoxdur. Odur ki, hələlik "Valyadolid"də işimi davm etdirəcəyəm".

Ronaldo "Valyadolid"i 30 mln. avroya alıb. İspaniya çempionatında cari mövsümün 17 turundan sonra komanda turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol