Menu

Futbolçu Burak Yılmaz 11 ildən sonra "Beşiktaş"a qayıdıb

03.01.2019, 00:01
Futbolçu Burak Yılmaz 11 ildən sonra "Beşiktaş"a qayıdıb

Türkiyə milli komandasının futbolçusu Burak Yılmaz 11 ildən sonra "Beşiktaş"a qayıdıb.

"Report"un "NTV"yə istinadla verdiyi məlumata görə, 34 yaşlı hücumçu ilə 2,5 illik müqavilə bağlanılıb.

Yılmaz ilk dəfə "ağ-qaralar"a 2006-cı ildə "Antalyaspor"dan keçib. Lakin o, 2008-ci ilin yanvarında Filip Holoşkonun transferi qarşılığında "Manisaspor"a göndərilib. Sonradan Türkiyənin daha 3 nəhəng klubu - "Fənərbağça", "Qalatasaray" və iki dəfə "Trabzonspor"un formasını geyinmiş təcrübəli forvard Çinin "Beytszin Qoan" klubunda legioner həyatı da yaşayıb. O, son 1,5 ildə Trabzonda çıxış edib.

Türkiyə millisinə də dəvət alan Yılmaz 51 oyuna 23 qol vurub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol