Sovqat xurmanın içindən narkotik çıxdı
Ədliyyə Nazirliyinin Penitensiar xidmət 3 saylı İstintaq Təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 3 saylı İstintaq Təcridxanasından xurmanın içindən narkotik çıxıb.
Əməkdaşlar təcridxanada saxlanılan həbs edilmiş şəxs Teymur Ağaverdi oğlu Dadaşova qohumu vətəndaş Yaşar Zahid oğlu Hüseynovun gətirdiyi sovqata baxış keçirilən zaman, xurmanın içərisində sellofana bükülərək gizlədilmiş, xalis çəkisi 1.523 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.


Şərhlər