Menu

«Şimali Koreya liderindən çox gözəl bir məktub almışam» - Donald Tramp

03.01.2019, 15:44
«Şimali Koreya liderindən çox gözəl bir məktub almışam»  - Donald Tramp

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Indan çox gözəl bir məktub aldığını dəyan edib.

Dövlət başçısı yeni ildə öz kabineti ilə ilk görüş keçirib və bu görüşdə həm də Asiyada müharibə təhlükəsindən və qoşunların Suriyadan çıxarılmasından söhbət açıb.

Prezident onu da təsdiqləyib ki, Suriyadan qoşunları birdən və tam heyətdə yox, tədricən - dörd ay ərzində çıxaracaq. Özü istefasını elan etmiş olsa da, Prezident Mettisi məhz Suriya məsələsinə görə vəzifəsindən azad etdiyini israrla bildirib.

Bundan sonra isə Trampın Konqres liderləri ilə qapalı görüşü olub. Görüşdə hökumətin və büdcənin işinin bərpası məsələsi müzakirə edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol