Menu

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub - 20 nəfər təxliyyə edilib

03.01.2019, 21:38
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub - 20 nəfər təxliyyə edilib

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadla xəbər verir ki, hadisə Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində qeydə alınıb.

Belə ki, ümumi sahəsi 85 m² olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları və əşyaları 16 m² sahədə, eyvanında quraşdırılmış məişət avadanlığı və qaz sayğacı yanıb, dəhlizinin divar üzlüyü 6 m² sahədə qarsalanıb. Yanğın zamanı 20 nəfər yanğınsöndürənlər tərəfindən təxliyyə edilib, xəsarət alan olmayıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol