Menu

“İlqar Məmmədov ağlasığmaz təhqirinə görə xalqdan üzr istəməlidir” – Eldar Sabiroğlu

04.01.2019, 00:07
“İlqar Məmmədov ağlasığmaz təhqirinə görə xalqdan üzr istəməlidir” – Eldar Sabiroğlu

“Bu İlqar Məmmədov özünu nə hesab edir? Xalqı təhqir etmək haqqını kim ona verib?”

“AzPolitika.info”nun məlumatına görə, bunları Müdafiə Nazirliyi mətbuat xidmətinin sabiq rəisi Eldar Sabiroğlu “Real” Partiyasının sədri İlqar Məmmədovun sosial şəbəkədə yazıb, sonra sildiyi qalmaqallı statusla bağlı fikirlərini bildirərkən deyib.

Xatırladaq ki, İ.Məmmədovun sözügedən statusunda irəli sürdüyü bəzi “tövsiyyələr” və müqayisə bir çoxları tərəfindən Azərbaycan xalqına təhqir kimi qiymətləndirilib.

“Şimali Koreyada insan haqları problemi bilirsiz nədən ibarətdir? Orada siyasi məhbus problemi bizdəki formada yoxdur. Doğrudan da ağlı başında olan adam artıq onilliklərdir ki, müxalifətçilik etməz, başını aşağı salıb bir parça çörəyini yeyər. Şimali Koreyada problem başqadır: polis küçədə qəşəng qadın görəndə aparır özü ilə əylənməyə. Cürətin var, etiraz elə! Azərbaycan kütləvi qorxu atmosferi baxımından daha da sürətlə koreyalaşır deyə cinsi ehtiyacları yüksək olan gənc oğlanlara indidən polisə yazılmağı tövsiyə edərdim, gözəl qadınlara isə ölkəni tezliklə tərk etməyi. Ya da gəlin qarşıdan gələn seçkidə YAP-ı darmadağın edək, şimali-koreyalaşmayaq”, - partiya sədri bir neçə saat sonar sildiyi qalmaqallı statusunda yazıb.

E.Sabiroğlu “Real” sədrinin bu yerinə düşməyən müqayisə və anlaşılmaz “tövsiyyəsinə” görə onu sərt şəkildə qınayıb. Sitat: “Ataların gözəl sözü var: "Özü özünə eləyənə el yığılsa edə bilməz". Partiyasındakı savadlı, yüksək hüquqi, iqtisadi, politoloji biliyi olan şəxslər onun rəhbərliyi altında necə duruş gətirirlər, çox qəribə və maraqlıdır. Onlar öz sədrlərindən bu təhqirin izahatını istəməlidirlər. Təəssüf ki, şəxslərinə böyük hörmət etdiyim REAL-çılar susurlar.

Obyektivlik naminə deməliyəm ki, İlqar Məmmədovun yerinə bir iqtidar adamı bu cür biabırçı hərəkətə, təhqiramiz əmələ yol vermiş olsaydı, sosial şəbəkələrdə onu yaş yuyub quru sərərdilər. Bu yerdə siyasi partiya rəhbərlərinin səslərini çıxartmamaları da təəccüb yaradır. İlqar Məmmədov ağlasığmaz təhqirinə görə xalqdan mütləq üzr istəməlidir”.

Şərhlər

Ekspert 2019-01-04 00:07:11

Eldar Sabiroğlu,Azpolitika,siz nə vaxtdan xalqın belə təəssüfkeşi oldunuz?İlqar Məmmədov kefindən o statusu yazmayıb.Onun səbəbləri göz qabağındadır.Dövlət məmurunun uşaqları qudurğanlıq edib bahalı maşınla bir ailənin üzvlərini məhv edəndə heç o qədər də ciddi reaksiya vermədiniz.Sonra da həmin məmur balaları"amnistə" düşdülər.Axı başa düşün,xalqın yaşam tərzi,dövlətin statistik məlumatına görə AvroAsiya məkanında ən aşağı həddə yaşayır.Bu mövzuya daha çox fikir bildirməyiniz lazımdır.Yoxsa ömrünü həbsdə..

Cemil 2019-01-04 00:07:11

Ey.eldar.sen.ilqar. memmedovun.yerişni. gede.bilmezsen. sus.ayıbdı.senin. oglunu.allah. saglasın.o.bu.hakimyetin. yaramaz.siyesetinle.barışmadı.oda siyasi.mehbusdu. allah.o.siyi.150.mehbusun. qapsını.acsın.

Ekspert 2019-01-04 00:07:11

Davamı;Yoxsa ömrünün bir hissəsini həbsdə çürüdən bir insanın,siyasətçinin hirsinin,hövsələsinin daşdığı bir məqamda yazdığını özünüzə "bayraq" edib düşmüsünüz ortaya.Sizin məqsədiniz birdir."Bəlkə də qaytardılar".Guya azəri "qadınlar"ından maddiyət ucbatından xaricə,elə burda "kənara" gedənlər yoxdur?Gedin axşam barlarına,özü də düz şəhərin mərkəzlərinə,vaxtınız yoxdursa "Youtube" kanalına girin baxın. İlqarı ölkədəki bu vəziyyət yandırır.Həbs səbəbidə elə xalqla birlikdə olduğu oldu.Qudurğanlığa yox dedi!

t.ədalət 2019-01-04 00:07:11

Eldar müəllimin fikri ilə tam razıyam.Dövlətçilik,Vətən və milli əxlaq məsələsində iqtidar-müxalifət mövqeyi olmamalıdır.Sən hakimiyyətdən narazısan deyə xalqı təhqir edən birisi ilə eyni cərgədə dayanmalısan?Mən, bunu rəzalət hesab edirəm.

Habil 2019-01-04 00:07:11

Deputat olanda,vəzifədə olanda xalqın nümayəndələri ilə ironiya ilə danışır,ələ salırdın. İndi xalq yada düşüb. Xalqın adından danışırsan.

OXUCU 2019-01-04 00:07:11

NALA-MIXA VURMAQDAN YORULMADINIZMI ?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol