Menu

Milli Məclisin yaz sessiyasının ilk plenar iclasının vaxtı açıqlanıb

04.01.2019, 10:24
Milli Məclisin yaz sessiyasının ilk plenar iclasının vaxtı açıqlanıb

Azərbaycan Milli Məclisinin (MM) 2019-cu il yaz sessiyasının ilk plenar iclasının keçiriləcəyi tarix açıqlanıb.

“Report”un xəbərinə görə, iclas fevralın 1-i, həftənin cümə günü keçiriləcək.

MM-in Daxili Nizamnaməsinə əsasən, sessiya mayın 31-dək davam edir.

Xatırladaq ki, deputatların tətili yanvarın 15-də başa çatır. Həmin tarixdən etibarən parlament komitələrinin iclasları başlayır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol