Menu

«Diktator Maduronun niyyətlərindən xəbərdarıq...» - Braziliyanın yeni prezidenti

04.01.2019, 23:05
«Diktator Maduronun niyyətlərindən xəbərdarıq...» - Braziliyanın yeni prezidenti

 «AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Rusiyanın Venesuelada keçirdiyi hərbi təlimlər Braziliyanın yeni prezidenti Jair Bolsonarunu ciddi narahat edib. O, vəzifəsinin icrasına yanvarın 1-dən başlayıb.

«SBT» telekanalına verdiyi müsahibədə dövlət başçısı Venesuela prezidenti Nikolas Maduronu diktator adlandırıb və bildirib ki, onun niyyətləri qonşu ölkələri təlaşlandırır.

«Rusiya Venesuelada təlimlər keçirdi. Biz, diktator Maduronun niyyətlərindən xəbərdarıq və bu məsələdə Braziliyanın narahatlığına əsas var» - deyə, Bolsonaru bildirib.

Dövlət başçısının sözlərinə görə, Venesuelanın sabiq prezidenti Uqo Saves (1999-2013) silahlı qüvvələri «sındırıb», hərbi çevrilişdən qaçmaq məqsədilə onları demoralizə edib və korrupsiyaya qurşandırıb.

Braziliya prezidenti qeyd edib ki, onun sələfləri də ordunun deqradasiyasına imkan yaradıb, çünki ordu «sosializm»in qarşısında sonuncu maneə idi.

Xatırladaq ki, Bolsonaru silahlı qüvvələrin nümayəndəsidir - quru qoşunlarının ehtiyatda olan kapitanıdır və Braziliyada hərbi diktatura dövrünə (1964-1985) rəğbət bəsləyir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol