Menu

Bərdədə qəbristanlıqlardan oğurluq edən şəxs saxlanılıb

05.01.2019, 22:51
Bərdədə qəbristanlıqlardan oğurluq edən şəxs saxlanılıb

Bərdədə kənd qəbristanlıqlarında oğurluq olub.Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Kətəlparaq kənd qəbristanlığında məzarların üzərindən bəzək əşyaları oğurlamaqda şübhəli bilinən Qaratəpə kənd sakini Elşən Şadmanov saxlanılıb.

Ətrafında aparılmış tədbirlərlə onun yanvarın 2-dən 4-dək olan müddətdə Əyricə, Lək və Arabacılar kənd qəbristanlıqlarındakı məzarlardan oğurluq etməsi də müəyyən edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol