Menu

Avstriyaya yağan güclü qar 3 turisitn ölümünə səbəb olub

07.01.2019, 22:10
Avstriyaya yağan güclü qar 3 turisitn ölümünə səbəb olub

Avstriyada güclü qar və çovğunlu hava üzündən 3 xizəkçi ölüb, daha 4 nəfər isə itkin düşüb.

“Report” “France24”ə istinadla xəbər verir ki, ölkənin qərbindəki Forarlberq əyalətində iki nəfər almaniyalı xizəkçi qar uçqununa düşüb, bir nəfər sloveniyalı xizəkçi isə Zalsburq yaxınlığında həlak olub, dörd nəfər turist də itkin düşüb.

Ötən həftənin ortalarından etibarən Avstriyanın şimal və orta bölgələrində 1,5 metrədək, Zalsburq ətrafındakı dağlıq bölgədə isə üç metrədək qar yağıb. Ştiriya əyalətində bir dərədəki kəndlərin iki minədək sakini turistlərlə birgə ətrafdan təcrid olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol