Menu

Parlament seçkiləri vaxtından əvvəl keçirilə bilər - Aprel ayında

08.01.2019, 14:39
Parlament seçkiləri vaxtından əvvəl keçirilə bilər - Aprel ayında

Bu ilin aprel ayında Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Bu barədə Musavat.com-a məlumatlı mənbələrdən informasiya daxil olub.

Onu da qeyd edək ki, bir müddətdir sosial şəbkəkələrdə belə bir iddia irəli sürülürdü. Milli Məclisin üzvü Zahid Orucun, eləcə də bəzi tanınmış politoloqların statuslarında bundan bəhs olunurdu.

Xatırladaq ki, parlament seçkiləri 2020-ci ilin payızında keçirilməlidir. Əgər apreldə parlament seçkiləri keçiriləcəksə, bu, seçkilərin il yarım önə çəkilməsi demək olacaq.

Onu da bildirək ki, ötən il bu vaxtlar prezident seçkiləri də çoxlarının gözləmədiyi halda vaxtından 6 ay əvvəl, aprel ayında keçirildi.

Bunun hansı zərurətdən irəli gəlməsi barədə ictimaiyyətə təfərrüatı ilə məlumat verilmişdi. Güman ki, parlament seçkilərinin də eyni səbəblərdən vaxtından əvvəl keçirillməsi nəzərə tutulur.

Hazırda parlament qış tətilindədir.

Şərhlər

EJDER 2019-01-08 14:39:25

EWWI,BU PULLARI HIYE XERCLEYIRSINIZ,KOMU ONI DUPTATI ...NUWNI.HESAB EDIREM KI,PULLAR ESEDOVA VERILSIN,TENNIS AKADEMIYASINI INKIWAF ETDIRSIN.QANUNDA DEYILIR KI,DUPUTATIN BIZNESI OLMAMALIDI...YALAN DANIWANIN ....

məmmədqulu 2019-01-08 14:39:25

Seçkilər yox, təyinatlar!! ..

pornocu 2019-01-08 14:39:25

Duzgun addim olardi legitim parlament formalasmalidir yaxsi olar ki parlamentli respublika sistemi berqerar edilsin

seçici 2019-01-08 14:39:25

NİYƏ TƏLƏSİRSİNİZ?

t.ədalət 2019-01-08 14:39:25

Aperel ayında keçiriləcək seçki,kaş ki Milli Məclisə Rusiya yönlü və rus dilli deputatların artması ilə nəticələnməsin.Əgər bu seçkilərin təşəbbüsçüsü Rusiyadırsa,vay bizim halımıza.Elə olsa rus-erməni hərbiçilərinin işğalı altında olan torpaqlarımız azad olunmayacaq.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol