Menu

"Taliban” ABŞ-la danışıqlardan imtina etdi

08.01.2019, 19:07
"Taliban” ABŞ-la danışıqlardan imtina etdi

Əfqanıstandakı “Taliban” silahlı hərəkatı bəyan edib ki, müzakirə gündəliyinə daxil olan məsələlər üzrə fikir ayrılığı yarandığından ABŞ rəsmiləri ilə bu həftəyə təyin olunan Doha görüşündən imtina ediblər. Bu barədə “Reuters”ə “Taliban”ın yüksək rütbəli üzvü deyib.

“Hər iki tərəf Qətərdə görüşün təxirə salınması barədə razılığa gəliblər”, - deyə talibançı bildirib.

Azvision.az xatırladır ki, sabahdan etibarən iki gün ərzində “Taliban”la ABŞ nümayəndələri Əfqanıstanda sülhlə bağlı danışıqlar keçirəcəkdi. “Taliban” müzakirələrdə əfqan hökumətinin iştirakı barədə regional güclərin təkliflərini rədd etmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol