Menu

Ölkənin qızıl-gümüş bazarında ucuzlaşma davam edir

08.01.2019, 22:34
Ölkənin qızıl-gümüş bazarında ucuzlaşma davam edir

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.

Trend-in məlumatına görə, yanvarın 8-də qızılın qiyməti yanvarın 7-i ilə müqayisədə 9,945 manat azalaraq 1 unsiya üçün 2181,2615 manat təşkil edib.

Gümüş 0,4041 manat ucuzlaşaraq 1 unsiya üçün 26,4313 manata bərabər olub.

Trend-ə görə, platinin qiyməti 14,8665 manat azalaraq 1394,1785 manat, palladiumun qiyməti isə 11,6365 manat azalaraq 2212,8135 manat təşkil edib.

Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol