Menu

Pike Messi və Fabreqasla ortaq oldu

09.01.2019, 00:34
Pike Messi və Fabreqasla ortaq oldu

“Barselona”nın futbolçusu Jerard Pike komanda yoldaşlı Lionel Messi və “Çelsi”nin yarımmüdafiəçisi Sesk Fabreqasla ortaq olub.

Qol.az-ın İspaniya mətbuatına istinadla yaydığı xəbərə görə, Messi və Fabreqası Pikenin sahibi olduğu “Andorra” klubunun səhmlərindən bir qismini satın alıb.

Ortaqların “Barselona”nın əsas sponsorlarından olan “Rakuten”lə sponsorluq müqaviləsi imzalamaq istədikləri bildirilir.

Qeyd edək ki, “Andorra” İspaniyanın 5-ci divizionunda çıxış edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol