Menu

"Spartak" azərbaycanlı futbolçu ilə uzunmüddətli müqavilə imzalayıb

09.01.2019, 20:57
"Spartak" azərbaycanlı futbolçu ilə uzunmüddətli müqavilə imzalayıb

Rusiyanın “Spartak” klubu azərbaycanlı futbolçu Ayaz Quliyevin keçidini rəsmiləşdirib.

"Report" klubun rəsmi "Twitter" səhifəsinə istinadla xəbər verir ki, Moskva təmsilçisi 23 yaşlı yarımmüdafiəçi ilə uzunmüddətli müqavilə imzalayıb. Sözləşmənin detalları isə açıqlanmayıb.

Daha öncə A.Quliyevin Moskva təmsilçisində illik 1.2 milyon məvacib alacağı və bu keçid üçün "Spartak"ın "Rostov"a 1 milyon avro təzminat ödəyəcəyi yazılıb.

Qeyd edək ki, A.Quliyev məhz mövsümün əvvəlində yetirməsi olduğu “Spartak”dan “Rostov”a keçib. O həmçinin 21 yaşadək futbolçulardan ibarət Rusiya milli komandasının da formasını geyinib. Hazırda onun Azərbaycanın əsas yığmasına cəlb olunması gündəmdədir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol